Home
Pages
Karazin adina Xarkov Milli Universiteti

Karazin adına Xarkov Milli Universiteti

V.N Karazin adına Xarkov Dövlət Universiteti Şərqi Avropanın ən qədim ali təhsil ocaqlarından biridir və Xarkov şəhərində yerləşir.. Ukrayna və onun kənarlarında ali təhsil sisteminin yaranma və inkişafında Karazin Universiteti böyük rol oynamışdır.Karazin Dövlət Universitetinin əsası 1804 cü ildə qoyulmuşdur. Fəaliyyət göstərdiyi müddətdə bir sıra alimlər,incəsənət və elm xadimləri yetişdirmişdir. I.Meçnikov, L. Landau, N.Kostomarov, N.Barabaşov, A.Lyapunov və s. kimi adlar Universitetlə bağlıdır.

Xarkov Dövlət Universitetində hal hazırda 16000 tələbə təhsil alır.Universitetdə 115 ixtisas üzrə tələbə hazırlayan 20 fakültə fəaliyyət göstərir. Universitetin bazası əsasında :Dövlət huquq Akademiyası,Xarkov Tibb Universiteti ,Xarkov Pedoqoji Universiteti,Xarkov İqtisad Universiteti ve başqa ali təhsil ocaqları formalaşmışdır.Xarkov Dövlət Universitetinin alimleri ABŞ, Kanada ,Rusiya ,Almaniya, Türkiyə, Çin, İngiltərə, Azərbaycan və s ölkələrin universitetləri ilə sıx əməkdaşlıq edir.

2011 ci il 24 iyun tarixində Xarkov Dövlət Universiteti və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.Saziş Xarkov Dövlət Universitetinin birinci prorektoru Aleksandrov Vladimir Vladimiroviç və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tərəfindən imzalanmışdır.

Tələb Olunan Sənədlər

Bakalavr Qəbul üçün lazım olan sənədlər:

  • Attestat (11-ci sinif şagirdləri məktəbdən arayışla) ;
  • Xarici pasport və şəxsiyyət vəsiqəsi ;
  • Doğum haqqında şəhadətnamə ;
  • Sağlamlıq haqqında arayış (Forma 086) ;
  • 3 x 4 fotoşəkil (12 ədəd) ;

Magistratura üzrə Qəbul üçün lazım olan sənədlər:

  • Bakalavr Diplomu ( və ya universitetdən arayış )
  • Bakalavr Diplom əlavəsi
  • Xarici pasport və şəxsiyyət vəsiqəsi ;
  • Doğum haqqında şəhadətnamə ;
  • Sağlamlıq haqqında arayış (Forma 086) ;
  • 3 x 4 fotoşəkil (12 ədəd)

Əlaqə

Ünvan

Bakı şəhəri, AZ1065, Cəfər Cabbarlı 44, Caspian Plaza, korpus 1, mərtəbə 8, Nizami m/s yaxınlığı

Telefon

+994 12 505 83 95
+994 77 233 99 03