Home
Universitetlər
Xarkov Milli Daxili İşlər Universiteti (Polis Akademiyası)

Xarkov Milli Daxili İşlər Universiteti (Polis Akademiyası)

Xarkov Milli Daxili İşlər Universiteti Ukraynanın Xarkov şəhərində yaradılmış ali təhsil müəssisəsidir.

1921-ci ilin iyununda fəaliyyətə başlayan Xarkov Quberniya Polis Məktəbi Ukraynada ilk polis məktəbi olmuşdur. 1922-ci ildə isə Xarkov Quberniya Polis Məktəbi Respublika Polis Akademiyasına çevrildi (həmin vaxt Xarkov SSRİ-nin paytaxtı idi). Və Akademiya Polis əməkdaşları hazırlamağa davam etdi. 

Daha sonra polis məktəbi Xarkov Milli Daxili İşlər Universitetinə çevrildi.

 

Tələbələr universitetdə bakalavr və magistratura pillələri üzrə əyani və qiyabi təhsil ala bilər.

Fakültələr və iş imkanları

  • Hüquqşünaslıq
  • Psixologiya
  • Hüquq-mühafizə fəaliyyəti
  • Kiber Təhlükəsizlik
  • Maliyyə, Bank işi və Sığorta

Universitetin məzunları dövlət orqanlarında, banklarda, hüquq-mühafizə orqanlarında, məhkəmələrdə, prokurorluq orqanlarında, müxtəlif mülkiyyət formalı müəssisələrdə, müəssisə və təşkilatlarda işləyirlər. Universitet beynəlxalq əməkdaşlığı artırır, digər ölkələrin ali təhsil müəssisələri ilə yeni əməkdaşlıqlar qurur.

Tələb Olunan Sənədlər

Bakalavr Qəbul üçün lazım olan sənədlər:

  • Attestat (11-ci sinif şagirdləri məktəbdən arayışla) ;
  • Xarici pasport və şəxsiyyət vəsiqəsi ;
  • Doğum haqqında şəhadətnamə ;
  • Sağlamlıq haqqında arayış (Forma 086) ;
  • GİÇS (SPİD) haqqında arayış ;
  • 6 x 4 fotoşəkil (12 ədəd) ;

Magistratura üzrə Qəbul üçün lazım olan sənədlər:

  • Bakalavr Diplomu ( və ya universitetdən arayış )
  • Bakalavr Diplom əlavəsi
  • Xarici pasport və şəxsiyyət vəsiqəsi ;
  • Doğum haqqında şəhadətnamə ;
  • Sağlamlıq haqqında arayış (Forma 086) ;
  • GİÇS (SPİD) haqqında arayış ;
  • 6 x 4 fotoşəkil (12 ədəd) ;
  • CV

Əlaqə

Ünvan

Bakı şəhəri, AZ1065, Cəfər Cabbarlı 44, Caspian Plaza, korpus 1, mərtəbə 8, Nizami m/s yaxınlığı

Telefon

+994 12 505 83 95
+994 77 233 99 03