Home
Yataqxanalar

Yataqxanalar

Ukraynada təhsil almağa qərar verəndən sonra təbii olaraq tələbələrin ağlına gələn ilk sual “Mən harada qalacam?” olur. Ukraynada qalınacaq yer tapmaq heç də çətin deyil.

Bütün ölkələrdə olduğu kimi burada da iki seçiminiz olacaqdır.

Tələbə Yataqxanaları

Ukraynadakı yataqxanalar ölkəmizdəki yataqxanalardan çox daha yaxşıdır. Bu səbəbdən Ukraynada ev tutmaq əvəzinə yataqxanalara üstünlük verirlər.

Ukraynada bütün universitetlərin özlərinə aid tələbə yataqxanaları vardır. Tələbə yataqxanalarının bəziləri universitet şəhərciyi içində, bəziləri isə universitetə yarım saatlıq məsafədə yerləşir.

Tələbə yataqxanaları qız-oğlan qarışıqdır. Yataqxanalarda dəhliz və blok olmaqla iki fərqli sistem vardır.

Dəhliz sistemində tualet və hamamlar dəhlizin sonunda yerləşir və ortaq olaraq istifadə edilir. Blok sistemində isə tualet və hamamlar iki və ya üç otaq tərəfindən ortaq istifadə olunur. Hər iki sistemdə də bütün dəhlizlərdə tələbələrin istifadəsinə açıq mətbəxlər yerləşir. Tələbələr istədikləri zaman bu mətbəxlərdə yeməklərini hazırlaya bilirlər. Yataqxanaların bəzilərində çamaşırxanalar mövcud olsa da, bəzilərində yoxdur. Çamaşırxanası olan yataqxanalarda tələbələr kiçik məbləğlər qarşılığında çamaşırxanaları istifadə edə bilər. Adətən yataqxanalarda tələbələr 2-3 nəfərlik otaqlarda qalırlar. Otaqların təmizliyi və baxımı tələbələr tərəfindən edilir.

Bütün tələbə yataqxanalarında giriş və çıxışlar nəzarətçilər tərəfindən yoxlanılır və gecə saat 11:00-dan saat 06:00-a qədər yataqxanaya giriş və çıxış qadağandır. Ukraynada universitet yataqxanaları klassik və dövlət olmaqla iki hissəyə ayrılır. Hər iki tip yataqxana da universitetə aiddir. Klassik yataqxanaların aylıq ödənişi 25-35 $-dır, fiziki şərtləri və imkanları çox yaxşı deyildir. Özəl yataqxanalar xüsusilə xarici tələbələr üçün idealdır, lakin qiyməti təqribən aylıq 100 $ və daha artıqdır.

Ukraynada oxuyan tələbələr universitet tərkibindəki yataqxanalarda qalırlar. Bu yataqxanalarda otaqlar 2-3 nəfərlikdir və 2 otaq 1 ortaq tualet -hamam istifadə edir. Hər mərtəbədə 1 ortaq mətbəx istifadə edilir. Yataqxanaların hamısında isti su, atapleniya və internet var və 24 saat işləyir.

Digər seçim isə kirayə evlərdir.

Əlaqə

Ünvan

Bakı şəhəri, AZ1065, Cəfər Cabbarlı 44, Caspian Plaza, korpus 1, mərtəbə 8, Nizami m/s yaxınlığı

Telefon

+994 12 505 83 95
+994 77 233 99 03